Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Ukraynanın Xerson vilayəti atəşə tutulub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Ukraynanın Xerson vilayətinin yaşayış məntəqələrinin Rusiya ordusunun artilleriya atəşinə məruz qalması nəticəsində 3 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Bu barədə Boyukmillet.com Xersonun vilayət hərbi administrasiyasına istinadən xəbər verir.

Bildirilir ki, Rusiyanın hücumu nəticəsində bir sıra mülki infrastruktur obyektləri: Xerson Regional Klinik Xəstəxanası, məktəb, avtovağzal, poçt, bank və yaşayış binaları ziyan çəkib.

“Hazırda Rusiyanın endirdiyi zərbələr nəticəsində 9 nəfərin zərər çəkdiyi məlumdur: 3 nəfər həlak olub, 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bütün zərərçəkənlər tibb müəssisələrinə aparılıb, onlara tibbi yardım göstərilir. Bir nəfərin vəziyyəti ağırdır”, – məlumatda bildirilir.

Yaralananlar arasında mərmi atılan zaman rayon xəstəxanasında olan tibb bacısı da var. Qadın əməliyyat olunub, onun xəsarəti orta ağırdır.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …