Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rövşən Nəcəf TPAO şirkətinin prezidenti ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin prezidenti Melih Han Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən, yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb.

Ölkəmizdə ilk xarici sərmayədarlardan biri olan TPAO şirkətinin ötən illər ərzində SOCAR-la “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Cənubi Qafqaz Boru Kəməri” kimi strateji əhəmiyyətli layihələrdə uğurla tərəfdaşlıq etdiyi vurğulanıb, birgə icra edilən layihələrin hər iki ölkənin davamlı iqtisadi tərəqqisinə, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi bildirilib.

Görüş çərçivəsində SOCAR-ın Türkiyədəki fəaliyyəti, Cənub Qaz Dəhlizi layihəsi, habelə qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda SOCAR ilə TPAO arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …