Cümə , 22 Noyabr 2024
Drone Cameras

SOCAR və TPAO daha bir sahədə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiyə Petrolleri” (TPAO) arasında yeni sahədə əməkdaşlıqla bağlı razılıq əldə edilib.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

““İllərdir ki, SOCAR-la TPAO arasında, xüsusilə Xəzər bölgəsində bəzi sahələrdə icra edilən ortaq layihələr var. Son həftələrdə başqa bir sahə ilə də əlaqəli görüşlər davam edirdi. Bununla bağlı bir əməkdaşlıq razılığı əldə edildi”, – deyə türkiyəli nazir əlavə edib.

F.Dönməz bildirib ki, bu yeni sahə ilə bağlı məlumatlar hər iki tərəfə təqdin olunacaq və bu məlumatlar dəyərləndiriləcək: “Nəticələr müsbət olarsa, TPAO o sahədə də aktiv rol oynayacaq”

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …