Şənbə , 27 Aprel 2024
Drone Cameras

Nazir: “Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün yeni sazişlərə ehtiyac yoxdur”

Azərbaycan qazının Türkiyə üzərindən Balkan ölkələrinə nəql edilməsi ilə bağlı hazırlıq işləri aparılır.

Boyukmillet.com -un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasınını yekunlarına dair keçirilən brifinqdə bildirib.

“Tranzit məsələri öz həllini tapıb. Bunun üçün əlavə yeni sazişlərin bağlanılmasına ehtiyac yoxdur”, – P. Şahbazov deyib.

Onun sözlərinə görə, təbii ki, təbii qazı hasil edərkən, onun tədarükü ilə bağlı bütün müqavilələr və sazişlər öncədən bağlanılıb: “Son zamanlar Avropada yaranmış enerji böhranı zamanı, biz gördük ki, bu gün Azərbaycan qazına tələbat var. Artıq bununla bağlı Azərbaycana müraciətlər oldu”.

Nazir bildirib ki, bu gün Azərbaycan təbii qazının satışı ilə bağlı danışıqlar məsələsi öz həllini tapıb.

O, həmçinin bildirib ki, Azərbaycanın kifayət qədər təbii qaz ehtiyatları var.

Check Also

Qaradağ GES xarici investisiya hesabına tikilən “yaşıl enerji” layihələrinin başlanğıcıdır – ŞƏRH

Ötən ilin oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik …