Leninqrad Vilayəti Regional Azərbaycan Milli Mədəni Muxtariyyati diaspor təşkilatinin sədri Naib Paşayev Türkiyəyə başsağlığı verib.
“Türkiyənin Kahramanmaraş şəhərində baş verən və çox geniş bir bölgədə hiss edilən 7,4 bal gücündə zəlzələ nəticəsində Türkiyə vətəndaşlarının həlak olması və yaralanması xəbərindən son dərəcə kədərləndiyimizi və hər zaman olduğu kimi qardaş türk xalqının yanında olduğumuzu bildiririk.
Bu ağır faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, bütün türk millətinə Leninqrad Vilayəti Regional Azərbaycan Milli Mədəni Muxtariyyati adından və öz adımdan dərin hüznlə başsağlığı diləyir, yaralananların tezliklə sağalmasını, dağıntılar altında qalan türk bacı-qardaşlarımızın tezliklə xilas edilməsini arzulayırıq.”