Cümə , 6 Mart 2026
Drone Cameras

Bu gün bir qrup azərbaycanlı Kahramanmaraşdan Azərbaycana təxliyə olunacaq

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.Qeyd olunub ki, bu gün saat 16:00-da təxliyə avtobusu Kahramanmaraş vilayətindən Azərbaycana yola düşəcək.Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Check Also

Kiyevdən Bakıya tam dəstək: “Eyni silahlarla bizim şəhərləri də vururlar”

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana etdiyi PUA hücumları ilə bağlı bəyanat yayaraq, bu hadisəni pisləyib.Boyukmillet.com …