Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Vüsal Quliyev: Vətən Müharibəsindən sonra yaranmış mövcud reallıqlar QHT-lərimiz qarşısında yeni vəzifələr qoyur

Fevralın 9-da ADA Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib

Boyukmillet.com QHT.az-a istinadən xəbər verir ki, Konfrasnda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, keçirilən tədbirin Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin dəyərləndirilməsi və gələcək hədəflərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Bildirib ki, ölkəmizdə beynəlxalq çıxışı olan əksər QHT-lər hər zaman milli maraqlarımızın qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkünlərimizin hüquqlarının müdafiəsi və digər istiqamətlərdə ciddi səylər göstərmiş, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmişlər.

44 günlük Vətən Müharibəsindən sonra yaranmış mövcud reallıqlar QHT-lərimiz qarşısında yeni vəzifələr qoyur. Bu xüsusda Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini daha da təkmilləşdirməli, beynəlxalq platformaların işində yaxından iştirak etməli, müxtəlif sahələrdə müsbət təcrübələrin mübadiləsi və s. təşəbbüslərlə çıxış etməlidirlər.

V.Quliyev son illər Azərbaycan QHT-lərinin BMT-nin İqtsadi və Sosial Şurasında (ECOSOC), habelə ayrı-ayrı ixtisaslaşmış beynəlxalq şəbəkələrdə QHT-lərimizin təmsilçiliyindəki keyfiyyət artımını da müsbət dəyərləndirib, davamlılığının qorunub saxlanmasının vacibliyini bildirib.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …