Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Mer: “İsrail Azərbaycana çirkab suların təmizlənməsi sahəsində təcrübəsini təklif edir”

“İsrailin Ramat Haneqev regionu Azərbaycana çirkab sularının təmizlənməsi sahəsində təcrübəsini təklif edə bilər”.

Bunu “Report”a müsahibəsində Ramat Haneqev Regional Şurasının meri Eran Doron deyib.

“Tullantı sularının təmizlənməsi üsulunu təklif edirik. Əgər təmizlənmə düzgün aparılarsa, bu, təkcə ətraf mühit üçün faydalı olmayacaq, həm də su qıtlığı problemini həll edəcək. Odur ki, bu sahədə Azərbaycana yardım göstərə və təcrübəmizi bölüşə bilərik”, – o vurğulayıb.

Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan və İsrail müxtəlif sahələrdə, yəni kənd təsərrüfatı məhsullarının yetişdirilməsindən tutmuş bərpa olunan enerji, İT sahəsinə qədər müxtəlif sahələrdə əməkdaşlıq edə bilər: “Bundan başqa, təhlükəsizlik sahəsini də unutmaq olmaz”.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …