Cümə , 22 Noyabr 2024
Drone Cameras

Nazir: “Məhz Heydər Əliyevin sayəsində Xəzərin karbohidrogen ehtiyatlarının xarici bazarlara çıxarılması mifdən reallığa çevrilib”

Bu gün Azərbaycanda istehsal edilən elektrik enerjisinin 15 %-i “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) payına düşür.

Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı qeyd edib.

P.Şahbazovun sözlərinə görə, məhz Heydər Əliyevin sayəsində Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasil edilərək xarici bazarlara çıxarılması mifdən reallığa keçib:

“Sovet dövründə Qafqazın ən iri istilik elektrik stansiyası “Azərbaycan” İES ilə yanaşı, ümumi gücü 3 min meqavatdan çox 6 elektrik stansiyanın və müxtəlif gərginlikli 17 yarımstansiyanın, müstəqillik illərində isə 620 MVt gücündə elektrik stansiyaları və 6 yarımstansiyanın istismara verilməsi, həmçinin neft sənayesinin inkişafı Heydər Əliyevin xidmətləri ilə bağlıdır.

Məhz ümummilli lider Heydər Əliyevin iradəsi, qətiyyəti sayəsində Azərbaycanın neft sənayesi tarixində ilk uzunmüddətli beynəlxalq müqavilə – “Əsrin müqaviləsi” imzalandı. Xəzərin karbohidrogen ehtiyatlarının beynəlxalq neft şirkətləri ilə birgə işlənməsi və xarici bazarlara çıxarılması mifdən reallığa çevrildi. Heydər Əliyev özünəməxsus müdrikliklə fərqində idi ki, Azərbaycanın sözün əsl mənasında müstəqilliyi, heç bir dövlətin siyasi-iqtisadi asılılığında qalmaması, kifayət qədər gərgin geosiyasi regionda yerləşən ölkəmizin bütün xarici təhdidlərə rəğmən xalqımızın milli maraqlarına uyğun balanslaşdırılmış xarici siyasət kursunu qoruyub saxlaya bilməsi enerji marşrutlarının şaxələndirilməsindən keçir”.

Nazir vurğulayıb ki, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan kəmərləri təkcə ideya olaraq yox, möhtəşəm bir tarixi reallıq kimi də onların ərsəyə gəlməsində böyük qətiyyət göstərmiş Heydər Əliyevin əsərləridir.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …