Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Markov: “Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çətin sınaqlar dövründən keçib”

“Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından 1 il ötür və o, çətin sınaqlar dövründən keçib”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, 1 il ərzində dünyada baş verən hadisələrə baxmayaraq, güclü, məsuliyyətli və müdrik Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan müstəqil ölkə kimi Rusiya ilə strateji müttəfiqlik yolunda tutduğu kursa sadiq qalıb.

Ekspert qeyd edib ki, ölkələr arasında strateji müttəfiqlik gələcək işlərin həyata keçirilməsini tələb edir: “Strateji müttəfiqlik qorunub saxlanılıb. Bu istiqamətdə əlbəttə ki, konkret danışıqlar və layihələr vasitəsilə gələcək addımlar atılmalıdır. Ən əsası odur ki, Rusiya ilə Azərbaycan arasında əla münasibətlər qorunub saxlanılıb. Bu isə ümid etməyə əsas verir ki, bu əlaqələr bundan sonra da inkişaf edəcək və Bakı ilə strateji müttəfiqlik daha konkret ideyalar və layihələrlə tamamlanacaq”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin ötən il fevralın 22-də iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayıblar. Sənəddə əməkdaşlığın ən geniş spektrinə dair 40-dan çox bənd var.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …