Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Vardanyanın gedişi SÜLH GƏTİRƏCƏKMİ?: “Yaxın perspektivdə Azərbaycan-Ermənistan sərhədində…” – ŞƏRH

“Azərbaycan tələbinə nail oldu. Qarabağda yaşayan ermənilərlə birbaşa təmasın qurulmasında əngəllərdən biri aradan qaldırıldı”.

Boyukmillet.com xəbər verir ki, bunu qondarma qurumun rəhbəri Ruben Vardanyanın vəzifədən azad olunması ilə bağlı yaxın perspektivdə baş verə biləcək proseslərdən danışan politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, gözlənildiyi kimi Qarabağa qanunsuz yerləşdirilmiş Ruben Vardanyan qondarma qurumun dövlət naziri “vəzifə”sindən azad edildi:

“Vardanyanın getməsi ilə həm Azərbaycanın tələbi yerinə yetirildi, həm Ermənistanın istəyi təmin olundu. Çünki Vardanyan amili Ermənistanın sülh müqaviləsi bağlamaq istiqamətində çox böyük əngəl idi. Təlimatla göndərilmiş bu şəxs Rusiyanın maraqlarını təmin etməyə çalışırdı. Bununla da sülh proseslərinə əngəl olurdu.

Vardanyanın getməsindən sonrakı proseslər həm Ermənistanın, həm Qərbin, həm də Rusiyanın maraqlarının hansı səviyyədə toqquşmasından çox asılıdır. Çünki Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul etməyən, Qarabağda yerləşən qondarma qurumu dəstəkləyən təkcə Rusiya, İran deyil, eyni zamanda Qərb dövlətləri də bu məsələdə Ermənistanla həmrəydir.

Azərbaycan tələbinə nail oldu. Qarabağda yaşayan ermənilərlə birbaşa təmasın qurulmasında əngəllərdən biri aradan qaldırıldı. Yaxın perspektivdə Qarabağda Ermənistan-Azərbaycan sərhədində münaqişənin sülh müqaviləsi ilə bitəcəyi gözlənilir”.

Nəsimi Ələsgərli

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …