Şənbə , 5 Aprel 2025
Drone Cameras

Daşkəsənə güclü qar yağıb, avtomobil yollarında çətinlik yaranıb

Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına güclü qar yağıb.

Boyukmillet.com xəbər verir ki, ötən gün axşam saatlarından yağan qar səhərə qədər davam edib.

Nəticədə avtomobil yollarında gediş-gəliş çətinləşib, bəzi yerlərdə hərəkəti məhdudlaşıb. Problemin həlli məqsədlə yollara duz qarışıq qum səpilir.

Daşkəsəndə qarın hündürlüyü 35-40 sm-ə çatıb.

Gədəbəy, Göygöl və Şəmkirin ucqar kəndlərinə də qar yağıb. Bu rayonların da bəzi avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Check Also

Sabah Azərbaycanda 27 dərəcə isti olacaq

Sabah ölkə ərazisində 27 dərəcə isti müşahidə olunacaq.  Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya …