Şənbə , 14 Mart 2026
Drone Cameras

Tbilisidə azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub, xəsarət alanlar var

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində kütləvi dava olub.

Gürcüstan bürosu xəbər verir ki, gürcülər və etnik azərbaycanlılar arasında qarşıdurma baş verib.

Nəticədə bir azərbaycanlı xəstəxanaya çatdırılıb, digərlərinə isə ilkin tibbi yardım göstərilib.

Xəsarət alanlar onlara hücum edənlərin 5 nəfər olduğunu deyiblər.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, qarşıdurma etnik zəmində baş verməyib. Azərbaycanlılara qarşı fiziki güc tətbiq edənlər hələ saxlanılmayıb. İnsidentlə bağlı istintaq başlanılıb. 

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …