Çərşənbə , 4 Mart 2026
Drone Cameras

“Azəriqaz” daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti həftə daha şəhər və rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Göygöl rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü saat 14:00-15:00-a dək Naftalan şəhərində (Nəriman Nərimanov Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Goranboy rayonunda (Gənclər Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Samux rayonunda (Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Check Also

Avropa Azərbaycan qazına daha çox bağlanır – Bakıdan yeni enerji hücumu

Cənub Qaz Dəhlizinin ötürmə gücü artırılır Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət …