Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Vətəndaşlıq dərsi: Bizi fəlakətə aparırlar – Rüstəmxanlı

Vətəndaşlıq mücərrəd bir anlayış deyil. Vətənin bütövlüyü isə onun vətəndaşlarının bütövlüyündən asılıdır.

Boyukmillet.com xəbər verir ki, bu sözləri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib.

“Vətəndaşlığın əlifbası” kitabı barədə danışan millət vəkili bu əsərdə yurd və yurddaşlıq haqqında düşüncələrini qələmə aldığını bildirib.

Əsəri etno-psixologiya, milli ruh üzərində elmi araşdırma deyil, öz həyat təcrübəsindən doğan sonuc və arzuların ifadəsi kimi dəyərləndirən Sabir Rüstəmxanlı xalqımızın taleyi, Vətən, millətlə bağlı düşüncələri, eləcə də vətəndaşlıq və milli kimliyin fərqi haqqında da danışıb.

Daha ətraflı videoda:

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …