Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda ixrac üçün potensialı olan 100-dən çox məhsul müəyyənləşdirilib

Azərbaycanda milli ixrac strategiyasının təsdiq edilməsi 2023-cü ilin ikinci rübündə gözlənilir.

Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 2026-cı ilə qədər icrası nəzərdə tutulan milli ixrac strategiyasında yeni bazarlara çıxış, mövcud bazarlarda mövqeyin möhkəmlənməsi kimi işlər nəzərdə tutulub:

“Xarici və yerli ekspertlərin iştirakı ilə tərtib olunan bu strategiyada Azərbaycanın 100-dən çox potensialı olan məhsullar müəyyənləşdirilib və onların yeni və mövcud bazarlara ixracı ilə bağlı müvafiq işlər görüləcək”.

Y.Abdullayev həmçinin qeyd edib ki, “AZPROMO” tərəfindən 2022-ci ildə investisiya üzrə bələdçi (İnvestment Guide) hazırlanıb:

“İnvestment Guide bütün beynəlxalq tədbirlərdə xarici qonaqlara, investorlara təqdim olunub. İnvestisiya bələdcisində qısa məlumatlar, ölkənin bünüt sahələr üzrə potensialı haqqında, bazara giriş üçün investora lazım olan ilkin məlumatlar təqdim olunub. Bu bələdçinin gələcəkdə yenilənməsi nəzərdə tutulur”.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …