“Hədəfimiz tarixi torpaqlarımıza qayıdışdır”.
Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə zamanı deyib.
O xatırladıb ki, bununla bağlı Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da hazırdır:
“Son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın milli hüquqları pozulub. Bütün bunlar Çar Rusiyasının Qafqazı işğalı və ermənilərin bu regiona köçürülməsi ilə başlayıb. Bununla da soydaşlarımız etnik təmizləmələrə məruz qalıblar”.
Qurum sədri bildirib ki, İrəvanın ermənilərə güzəşətə gedilməsi böyük tarixi səhv idi və Azərbaycan Milli Şurasının həmin qərarı vermək hüququ yox idi:
“Həmin ərazilərin əhalisinin rəyi də nəzərə alınmamışdı. Eyni hal Zəngəzurun bölünməsində də yaşandı. Bu zaman da azərbaycanlıların rəyi soruşulmadı”.
“Sülh müqaviləsi imzalanarkən Qərbi Azərbaycan məsələsinə baxılmalı və beynəlxalq insan hüquqları təşkilatları qarşısında soydaşlarımızın problemləri qaldırılmalıdır” – Ə. Ələkbərli vurğulayıb.