Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

ASCO-nun istiqrazlarına tələb təklifdən 14 % çox olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) yerləşdirdiyi 100 milyon ABŞ dolları dəyərində istiqrazlara 113,997 milyon ABŞ dolları tələb olub.

Boyukmillet.com xəbər verir ki, bununla da, yerləşdirmə tam baş tutub.

Xatırladaq ki, tədavül müddəti 5 il, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraza abunə yazılışında 125 investor 126 sifariş təqdim edib. İstiqrazın illik faiz dərəcəsi 6%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə baş anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Check Also

Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edəcək

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında “Dənizkənarı Bulvar İdarəsi və …