Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvanda yeni alpinizm turizm marşrutları yaradılacaq

Naxçıvanda yeni alpinizm turizm marşurutları hazırlanacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində 3 mart – Ümumdünya Vəhşi Təbiət Günü münasibətilə keçirilən tədbirdə məlumat verilib.

Turizm sənayesi nümayəndələri və turizm könüllülərinin iştirakı ilə keçirilən tədbirdə departamentin direktoru Əkbər Novruzov bildirib ki, Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi Toğrul Cəfərov Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı ilə birlikdə muxtar respublikanın Şahbuz, Culfa, Şərur və Ordubad rayonlarında olub, təbiət ərazilərinə baxış keçirilib və dağ cığırları üçün uyğun olan yerlər qiymətləndirilib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin İnkişafı və Təbliği sektorunun aparıcı məsləhətçisi Orxan Cəfərov bildirib ki, xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Buraya 2 yasaqlıq – Arazboyu Dövlət Təbiət Yasaqlığı, Arpa¬çay Dövlət Təbiət Yasaqlığı və milli park – Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı daxildir.

Tədbirin davamında Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi Toğrul Cəfərov bildirib ki, Naxçıvan Muxtar Respublikasında aktiv turizm imkanları üçün potensialı var. Qiymətləndirməyə əsasən ilkin olaraq 5 turizm marşrutu Kükü-Gurbulaq şəlaləsi, Kükü-Qanlıgöl, Zorbulaq-Batabat, Parağaçay-Ağdərə-Tivi və Pəzməri şəlaləsi müəyyən edilib.

Müəyyənləşdirilən dağ cığırları əsasında piyada marşrutları xəritə üzərində təqdim edilib və hər bir marşrut barədə geniş məlumat verilib.
Tədbirdə yeni alpinizm turizm marşrutlarının yaradılması və həmin marşrutların işlənib hazırlanması müzakirə olunub.

Check Also

Tunisdə yeni turist vergisi tətbiq ediləcək

Noyabrın 1-dən Tunisdə yeni turist vergisi tətbiq ediləcək. Boyukmillet.com xəbər verir ki, yeni vergi turistləri …