Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan QH-ya sədrlik təcrübəsini Hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşəcək

Azərbaycan QH-ya sədrlik təcrübəsini Hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfər edən Uqanda Respublikasının xarici işlər naziri Odonqo Cece Abubakar ilə görüşündə bildirilib.

Qeyd edilib ki, görüşdə tərəflər Azərbaycan və Uqanda arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və digər ikitərəfli münasibətlərin perspektivləri, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanın Hərəkata uğurla sədrlik etməsi, habelə Hərəkatın inkişafına töhfə verilməsi istiqamətində göstərdiyi qlobal təşəbbüslər məmnunluqla vurğulanıb. Azərbaycanın QH-ya sədrlik təcrübəsinin Hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşülməsinin vacibliyi qeyd olunub. Tərəflər hər iki ölkənin xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsinin mövcud münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı C.Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı, mövcud mina təhdidləri, həmçinin azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …