SOCAR “Azəriqaz” istehsalat Birliyi tərəfindən başladılan “Açıq mikrofon” akiyası növbəti dəfə Samux rayonunda baş tutub.
Boyukmillet.com xəbər verir ki, aksiyaya üz tutan sakinlər “Səyyar qəbul otağı”nın imkanlarından istifadə edərək qaz təsərrüfatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar.
Samux rayonunun Kolayır kənd sakini Röyal Məmmədov və İstixana kənd sakini Elşən Süleymanov qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər. Samux şəhəri, Heydər Əliyev prospektində yaşayan Mahilə Əsədova isə yaşadığı evin qarşısından keçən yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəz olunmasını istəyib.
Aksiyaya Qarabağlılar kəndindən üz tutan sakinlər küçə qaz xəttinin çəkilməsini xahiş ediblər. Daxil olan hər bir müraciət Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.