Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına yeni üzv seçilib

“Atəşgah Həyat Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Azər Əmiraslan oğlu Əliyev İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasına üzv seçilib.

Boyukmillet.com xəbər verir ki, o, Büronun rəhbərliyində bir qədər əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri təyin edilmiş və bununla da sığorta sektorunu tərk etmiş “Atəşgah Sığorta” ASC-nin İH-nin keçmiş sədri Azər Allahverdi oğlu Əliyevi əvəzləyib.

Himayəçilər Şurasının sədri Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Zəfər oğlu Əliyev, digər üzvləri isə AMB-nin nümayəndəsi Vüsal Cavanşir oğlu Qurbanov, “PAŞA Sığorta” ASC-nin İH-nin sədri Ülviyyə Kərim qızı Cabbarova və “Xalq Sığorta” ASC-nin İH-nin üzvü Mətanət Alim qızı Nərimanlıdır.

Xatırladaq ki, İSB “İcbari sığortalar haqqında” qanunun tətbiqi haqqında ölkə prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanına uyğun olaraq yaradılıb. Büro hüquqi şəxslərin ittifaqıdır.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …