Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dəfələrlə şahidi olmuşam ki, Mübariz Mənsimova müraciət edənlərin ümidi boşa çıxıb

Jurnalist boyukmillet.com saytının redaktoru Sima Babayeva tanınmış iş adamı Mübariz Mənsimovla bağlı paylaşım edib.

Paylaşımı olduğu kimi təqdim edirik:

Atalar deyib ki, insan gərək gücü çatan daşı qaldırsın. Qüvvəsi yetən işlərə girişsin. Amma Türkiyədə yaşayan əslən azərbaycanlı iş adamı Mübariz Mənsimov və onun ətrafında yer alan adamlar, Fidan adlı mətbuat katibi insanlara ümid verərək sonra da onları naümid qoymaqdan başqa bir şeyə yaramirlar.

Arada bir gəmiyə hansısa şəxsiyyətin adını verməklə cəmiyyətdə xal qazanmaq istəyən Mübariz Mənsimov və onun komandası boş vədlər verərək insanlari gözlətməkdən elə bil həzz alırlar.

Bir gün İngiltərə kraliçası soyuq havada postda şinelsiz dayanan bir əsgərdən soruşur:
-Belə soyuqda necə dayanırsan?
Əsgər bildirir ki, bir təhər dayanıram. Kraliça deyir ki, mən sənə indi isti paltar göndərərəm. 3-4 gündən sonra həmin əsgərin ölüm xəbərini eşidir. Əsgər İngiltərə kraliçasına bir məktub yazır. Yazıb bildirir ki, mən paltarsızlığa dözürdüm, siz mənə ümid verdiniz, sonra o ümidi puça çıxartdınız, mən soyuqdan öldüm…

İnsan, insana boş ümid verməsin. Mübariz Mənsimovun imkanları genişdi, bəlkə də geniş deyil. Nəyə görə geniş deyil, ona görə ki, Türkiyə dövlətinə, Azərbaycana külli miqdarda borcu var. Gəmilərinə, əmlakina həbs qoyulub.
Yaxşı,sən bu vəziyyətdəsənsə,nədən insanları aldadırsan?

İki gün bundan öncə Tik-Tok şəbəkəsində, bir qazinin, şəxsiyyətinə, savadına hörmət etdiyim
jurnalist İntiqam Valehoğluna yalvararaq xahiş etdiyinin şahidi oldum. O, jurnalistə ona bir məsələdə kömək etməyini xahiş edirdi. Bildirirdi ki, anam ağır xəstədir. Anasına dəstək olmaq üçün Mübariz Mənsimovun nömrəsini istəyirdi. İntiqam müəllim isə Mübariz Mənsimovun mətbuat katibi Fidan xanıma yönləndirmək fikrində idi. Yalvaran uşaq isə bildirirdi ki, dəfələrnən zəng etdim, yalvararaq bildirdim ki, mən 10 manata ofisiant işləyirəm. Mənim anama müalicə etmək üçün mənə dəstək olun. Fidan xanım isə onların buna imkanlarının çatmayacağını deyib.

Dəfələrlə şahidi olmuşam ki, Mübariz Mənsimova müraciət edənlərin ümidi boşa çıxıb. Onlara məsləhətim budur ki,xalqı aldatmasınlar,boş yerə ümid verməsinlər.
Əgər gücləri çatırsa, öz problemlərini həll etsinlər.

Sima Babayeva

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …