Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Bolqarıstan Prezidenti: “Biz əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq”

Prezident İlham Əliyevin Sofiyaya səfəri enerji sahəsi ilə yanaşı, Bolqarıstan-Azərbaycan əməkdaşlığının digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi.

Boyukmillet.com xəbər verir ki, bu fikri Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşdə söyləyib.

Bolqarıstanın Azərbaycandan qaz almasından məmnunluğunu bildirən Prezident Rumen Radev deyib: “Bilirsiniz ki, biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz sizə məlumdur. Lakin əlbəttə ki, əsas məqam Azərbaycandır. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq. Bu andan etibarən qərar Sizindir”.

Check Also

Azərbaycanın Almaniyadakı səfiri Paşinyanı ermənicə salamlayıb

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistan Baş naziri Nikol Paşinyanı ermənicə salamlayıb. Boyukmillet.com xəbər verir ki, …