Bu gün Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə X Yüksək Səviyyəli Toplantı öz işinə başlayır.
Komitənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 50-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir. İştirakçılar arasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri – Madrid Klubunun Prezidenti, Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Kolumbiyanın keçmiş dövlət başçısı Andres Pastrana, Bosniya və Herseqovinanın sabiq hökumət başçısı Zlatko Laqumciya, Latviyanın sabiq Prezidenti Valdis Zatlers və digər nüfuzlu şəxslər də var.
“Artan zorakı ekstremizm və onun qarşısının alınması yolları” mövzusuna həsr olunan tədbirdə ekstremizmin yayılma səbəbləri, beynəlxalq sülhə və təhlükəsizliyə müasir təhdidlər, habelə terrorizm və ona qarşı mübarizə üsulları, terrora qarşı mübarizədə gənclərin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Toplantının açılış mərasimi dekabrın 9-da axşam saatlarında baş tutacaq. Mərasimdə Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Niderlandın saiq Baş naziri Vim Kok və (DİDK) sədri Nazim İbrahimovun çıxışı nəzərdə tutulub.
Açılış mərasimi zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyinə həsr edilmiş video-çarxın nümayişi gözlənilir.
Sabah isə tədbir işini panel iclaslarla davam etdirəcək.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …