Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Azərbaycan Prezidenti: “Dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləyib, beynəlxalq hüququn aliliyinə inam azalıb”

“Təəssüflər olsun ki, bu gün dünyada dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləmiş, beynəlxalq hüququn aliliyinə inam azalmışdır”.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

“Müharibələr, geosiyasi münaqişələr, bütün bunlarla eyni zamanda baş verən enerji böhranı beynəlxalq münasibətlər sisteminin tənəzzülünün nəticələridir. Bu yeni qlobal konfiqurasiya daxilində mümkün nizamın qorunmasında, qarşılıqlı əməkdaşlığın və dayanıqlı inkişaf mühitinin təmin olunmasında Türkiyə kimi nüfuzlu və öz mövqeyində qətiyyətli dövlətin rolu müstəsna əhəmiyyət daşıyır”, – müraciətdə vurğulanıb.

Check Also

Azərbaycanın Almaniyadakı səfiri Paşinyanı ermənicə salamlayıb

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistan Baş naziri Nikol Paşinyanı ermənicə salamlayıb. Boyukmillet.com xəbər verir ki, …