Şənbə , 23 Noyabr 2024
Drone Cameras

2025-ci ilədək Azərbaycanda kiçik və orta müəssisələrin ÜDM-dəki payı 35 %-ə çatdırılacaq

BMT-nin “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”ndə (UNSDCF) 2025-ci ilə qədər Azərbaycanda kiçik və orta müəssisələrin ÜDM-dəki payının 35 %-ə çatdırılması hədəflənir.

Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Çərçivə sənədinin icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.

Onun sözlərinə görə, bu hədəfə nail olmaq üçün kiçik və orta biznesin dəstəklənməsi istiqamətində layihələrin sayının artırılması və əhatə dairəsini genişləndirilməsinə ehtiyac var: “BMT-nın agentliklərinin və hökumətin bu istiqamətdə səylərinin artırılması gözlənilən əsas hədəflərdəndir”.

H. Hüseynov əlavə edib ki, bu sənəddə əsas nəticə kimi əmək bazarının layiqli transformasiyası və layiqli əməyə çıxış göstərilib:”Birinci indikatorda işləməyən, təhsil almayan, peşə təlimi keçməyən gənclərin xüsusi çəkisi qeyd edilib. Bu xüsusilə 15-24 yaşlı gəncləri əhatə edir. İkinci indikatorda işçilərin orta saat hesabı əmək haqqı, cins yaş üzrə bölgüsü əsas yer tutub. Üçüncü indikator isə bu beynəlxalq əmək təşkilatının sənədli mənbələri və milli qanunvericiliyə əsaslanan əmək hüquqlarının milli səviyyədə riayət edilməsi vəziyyəti ilə bağlıdır”.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …