Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ASCO əməkdaşlarının maaşları 15 % artırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15 % artırılıb.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.

Əmrə əsasən, əmək haqqı artımı aprelin 1-dən tətbiq olunacaq, həm üzən, həm də sahil heyətinin məvaciblərinə şamil ediləcək.

Xatırladaq ki, ötən il də fevral 1-dən qurumun əməkdaşlarının maaşları 15 % artırılmışdı.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …