Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Nazir müavini: “Azərbaycanla BMT arasında möhkəm əməkdaşlığın əsasında DİM-lərə nail olmaq hədəfi durur”

“Azərbaycanla BMT arasında qurulmuş möhkəm əməkdaşlığın əsasında Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq hədəfi durur”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.

“Biz BMT ilə birlikdə bütün regionun potensialını inkişaf etdirmək istəyirik”, – nazir müavini bildirib.

Onun sözlərinə görə, “Böyük Qayıdış” proqramı Azərbaycan üçün prioritet əhəmiyyət kəsb edir. Belə ki, bu proqram çərçivəsində 2026-cı ilin sonuna kimi 35 min ailənin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə köçürülməsi planlaşdırılır.

Mina təhlükəsi probleminə də toxunan Elnur Məmmədov Ermənistanın ərazilərin minalardan təmizlənməsi işində əməkdaşlıq etmək istəmədiyini, onların təqdim etdiyi mina xəritələrinin etibarlılıq səviyyəsinin cəmi 25 faiz olmasının bunu bir daha sübut etdiyini vurğulayıb.

“Ən əsası, Ermənistan Azərbaycan ərazilərinin minalanmasını dayandırmalıdır”, – nazir müavini vurğulayıb.

Check Also

Oman Azərbaycanın qlobal beynəlxalq tədbirlərində yüksək səviyyədə iştirak edəcək

Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr …