Bazar , 7 Dekabr 2025
Drone Cameras

ABL-də 12-ci tura Astarada yekun vurulub

Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci tura yekun vurulub.

Boyukmillet.com xəbər verir ki, turun son matçı Astara Olimpiya İdman Kompleksində keçirilib.

“Zirvə Astara BK” komandası doğma azarkeşlər önündə “Olimpik Şəki BK” basketbolçularını qəbul edib.

Oyun meydan sahiblərinin 85:80 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçular “Zirvə Astara BK”dan Ruşard Kruikşenk (30 xal, 9 ribaund), “Olimpik Şəki BK”dan isə Ceyson Brauer (23 xal, 6 ribaund) olublar.

Qeyd edək ki, ABL-də 13-cü turun oyunları 11, 14 və 15 yanvar tarixlərində baş tutacaq.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …