Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

ABŞ Əfqanıstanda “Taliban”ın mövqelərini bombalayıb

Son bir neçə gündə ABŞ, Əfqanıstandakı radikal “Taliban” yaraqlılarına edilən hava hücumlarının sayını artırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat verib.

Adı açıqlanmayan iki ABŞ rəsmisi bildirib ki, bu həftə ərzində azı dörd aviahücum həyata keçirilib. Bombalar həmçinin, “Taliban” qruplaşmasının “qala”sı hesab edilən Qəndəhar vilayətinə də atılıb.

Aviazərbələr Əfqanıstanın təhlükəsizlik qüvvələrinin istəyi ilə ya “Taliban”la toqquşmalarda onlara dəstək olmaq, ya da yaraqlıların əlinə keçən silahları və hərbi nəqliyyat vasitələrini məhv etmək üçün endirilib.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …