Şənbə , 28 Mart 2026
Drone Cameras

ABŞ 14 ölkədən Rusiyanın Ukraynadan oğurladığı taxılı almamağı tələb edib

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 14 dövlətin rəhbərliyindən Rusiyanın Ukrayna ərazisindən oğurladığı taxılı almamağı tələb edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” bildirib.

Məlumata görə, bura Afrikanın 10 ölkəsi, həmçinin Pakistan, Türkiyə, Banqladeş və Şri-Lanka daxildir.

Qeyd olunub ki, söhbət 100 milyon dollar dəyərində 500 min ton Ukrayna taxılından gedir. Həmin taxıl Ukrayna ərazisindən quru yolu ilə Rusiyanın nəzarəti altında olan Krım yarımadasına daşınaraq orada gəmilərə yüklənib.

ABŞ Dövlət Departalenti bildirib ki, taxıl Kerç boğazından “Matros Koşka”, “Matros Pozıniç” və “Mixail Nenaşev” gəmiləri ilə Aralıq dənizinə daşınır. Qəzetin yazdığına görə, ABŞ-ın xəbərdarlığının təsir edəcəyi çox çətin olacaq: “Çünki Afrika dövlətləri ciddi aclıqla üzləşib. İkincisi, həmin ölkələr Rusiyaya daha çox üstünük verirlər”.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …