Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ-də yaşayan türklər prezident seçkilərində aktiv iştirak edir

Türkiyədə mayın 14-də keçiriləcək prezident və 28-ci çağırış parlament seçkiləri üçün ABŞ-də 9 fərqli səsvermə məntəqəsi yaradılıb.

Boyukmillet.com xəbər verir ki, Türkiyənin Boston, Çikaqo, Los-Anceles, Mayami və Hyuston Baş Konsulluqlarında, həmçinin Türkiyənin Vaşinqtondakı səfirliyində və Nyu-Yorkdakı “Türk Evi”ndə yaradılan seçki məntəqələrində səsvermə prosesinə start verilib.

Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun xidmət sahəsində olan vətəndaşlar “Türk Evi”ndə qurulmuş məntəqəyə axın ediblər. Məntəqədə seçiçilərin rahatlığı və təhlükəsizliyinin təminatı üçün bütün şərait yaradılıb. Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür siyasi partiyaların təmsilçiləri və dövlət rəsmiləri ilə birlikdə səsvermə prosesini yaxından izləyirlər. Seçki dairəsində səsvermənin açıq, şəfaf, azad, ədalətli keçməsi üçün kameralar quraşdırılıb, müşahidə məntəqələri yaradılıb. Vətəndaşlar seçki nəzarətçilər tərəfindən məlumatlandırıldıqdan sonra seçici bülletenini xüsusi kabinədə doldurur və seçki qutusuna atırlar.

Seçki bölgəsi komissarı Adil Alperen Yiğiter müsahibəsində bildirib ki, Birləşmiş Ştatlarda 134 min 235 seçici qeydə alınıb: “Ötən seçkilərdə 7 bölgədə məntəqələr yaradılmışdı. Bu dəfə türkiyəlilərin sıx məskunlaşdığı Nyu-Cersi ştatı və Lonq Aylend bölgəsində də məntəqələr qurulub. May ayının 7-də məntəqələrdə səsvermə yekunlaşacaq”.

Səsvermənin gedişatını izləyən TASC-ın (Türk Amerika Milli Rəhbər Komitəsi) nümayəndəsi Muhammet Sami Görgülün bildirib ki, seçki məntəqələri səhər saat 09:00-dan axşam saat 21:00-dək fəaliyyət göstərir. O əlavə edib ki, ötən illərdəki seçkilərlə müqayisədə ABŞ-də yaşayan türkiyəlilər səsvermədə daha çox aktivlik nümayiş etdirirlər.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …