ABŞ tərəfindən dəstəklənən və əsas hissəsini terror təşkilatı YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələri 6 iyunda Rəqqada başladığı əməliyyatı 17 oktyabrda başa çatdırmışdı.
Boyukmillet.com Avropa.info-ya istinadən xəbər verir ki, İŞİD-dən azad olunan şəhərə girən Anadolu Agentliyinin müxbirinin çəkdiyi fotolarda Rəqqanın tamamilə xarabalığa çevrildiyi görünür. Küçələrin hər iki tərəfindəki binalar tamamilə dağılıb, avtomobillər dağıntılar altında qalıb.
Şiddətli hücumları üzündən qapıları bağlı dükanların tavanlarının çökdüyü, qapıları qırılmış olanların isə içlərinin boş olduğu görünür. YPG terrorçularının dükan və evləri talan etdikləri, oğurladıqları əşyaları isə Ayn İsa və Resülayn qəzalarına satdıqları deyilir.
Rəqqalı sakinlər döyüşlərdən qaçan Sabahiyə məhəlləsi əhalisinin iki gün əvvəl evlərinə dönmək istədiyini, ancaq məhəlləni yağmalamaqla məşğul olan PKK/PYG üzvü terrorçuların buna mane olduğu deyilir.
“Rəqqa səssizcə qətl edilir” şəbəkəsi üzvləri ABŞ ilə PKK/PYD-nin hücumları ərzində iki minə yaxın mülki vətəndaşın öldüyünü, 450 mindən çoxunun çıxıb getmək məcburiyyətində qaldığını bildirmişdi. Şəbəkə şəhərin 90%-nin yerlə bir olduğunu bildirib.