Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

ABŞ-da naməlum şəxslər təyyarəni Kapitoli binasına çırpmaqla hədələyiblər

Nyu-Yorkda bir neçə aviadispetçer naməlum şəxslərin təyyarədə Kapitolinin binasına uçmaq və İran generalı Qasım Suleymaninin qisasını almaq hədəsi ilə bağlı səs yazısını eşidiblər.

Boyukmillet.com-un məlumatına görə, bu barədə “CBS News” telekanalı bildirib.

“Çərşənbə günü biz təyyarədə Kapitoliyə uçacağıq. Suleymaninin qisas alınacaq”, – telekanal bazar ertəsi Nyu-Yorkun aviadispetçerlərinin eşitdiklərindən sitat gətirib.

Bu xəbərdarlıqların kimlər tərəfindən göndərildiyi hələ müəyyənləşdirilməyib.

Telekanalın məlumatına görə, bununla belə, hakimiyyət hücum təhlükəsinin baş verəcəyini ehtimal etmir. Onlar aviasiya tezliklərini araşdırırlar.

Check Also

Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib

Son yeddi ay ərzində 203 mindən çox burundiyalı güclü yağışlardan zərər çəkib. Boyukmillet.com xəbər verir ki, …