Bazar , 23 Fevral 2025
Drone Cameras

ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb

ABŞ-ın İndiana ştatının Anderson şəhəri yaxınlığında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Newsweek” portalı yerli şerif departamentinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təyyarə cümə günü təxminən saat 06:45-də (Bakı vaxtı ilə 15:45) Fort-Dodc (Ayova ştatı) hava limanından havaya qalxıb və saat 10:00 (Bakı vaxtı ilə 19:00) radələrində Anderson hava limanına enməli idi.

Vurğulanıb ki, təyyarə qarğıdalı sahəsinə düşüb. Daha sonra ABŞ Federal Aviasiya Administrasiyası təyyarədə 4 nəfərin olduğunu və heç kimin sağ qalmadığını təsdiqləyib.

Check Also

Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp fələstinliləri Qəzza zolağından köçürmək planını müdafiə edib və bu planın “həqiqətən …