Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ-da Ulu Öndərin Amerikaya səfərləri barədə fotoalbom təqdim olunub

ABŞ-ın Vaşinqton şəhərində yerləşən nüfuzlu “Whittemore House” mədəniyyət mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ulu Öndərin bu ölkəyə səfərlərinin əks olunduğu fotolardan ibarət “ABŞ Xatirələri Fotolarda” sərgisi, eyni zamanda foto albomun təqdimatı və rəsmi qəbul keçirilib.

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çərçivəsində baş tutan gecədə Dövlət Departamenti və Ağ Evin yüksək səviyyəli rəsmiləri, ABŞ-da akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, elm və biznes dairələrindən nüfuzlu şəxslər, o cümlədən Azərbaycan diasporu və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin banisi kimi uzaqgörən daxili və xarici siyasətindən bəhs edib. Səfir Heydər Əliyevin ABŞ-a səfərlərindən, ABŞ rəsmiləri ilə görüşlərindən danışıb, onun sağlam təməllər üzərində inşa etdiyi ABŞ-Azərbaycan münasibətlərindən bəhs edib. X.İbrahim Ulu Öndər Heydər Əliyevin xalqımızın qəlbində daimi yaşayacağını və onun Azərbaycana bəxş etdiyi dövlətçilik mirasının əbədi olacağını qeyd edib.

Tədbirdə çıxış edən Ümummilli Liderin fotoqrafı Rafiq Bağırov və ABŞ-a səfərləri zamanı ona tərcüməçilik etmiş Həbib Azersina H.Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Mərasimdə Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə solo konsert proqramı ilə çıxış edib. Konsertdə ölkəmizin milli musiqiləri, xüsusilə də Ulu Öndərin sevdiyi bəstələr ifa olunub.

Gecənin sonunda ziyafət təşkil edilib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …