Bazar , 8 Sentyabr 2024
Drone Cameras

ABŞ-da yaşayan azərbaycanlı alimin kitabı Qırğızıstanda nəşr edilib

ABŞ da yaşayan görkəmli türkçü alimimiz Tariyel Azərtürkün 1300 səhifəlik “Türkün qızıl kitabı” adlanan “Генезис тюрка и тюркского языка (на основе клинописи)” kitabı axır ki, ərsəyə gəldi və kitab Qırğızıstanda işıq üzü gördü.

Bu barədə boyukmillet.com-a Qırğızıstandakı diaspor rəhbəri Nüsrət Məmmədov məlumat verib.

Tarixöncəki Türkün və onun sonrakı 8 minillik Yazılı Tarixinin bütün dünya üzrə təbliğində və öyrənilməsində bu kitabın önəmli rol oynayacağına şübhə yoxdur. 

Onminillik türk tarixinin bu cür fundamental və dərindən tədqiqi Ermənilərin və onları dəstəkləyənlərin Qarabağın da bizim ərazi olmaması iddialarına son qoyaraq heçə endirəcəkdir. Yazılı yaddaşı tapılmış Türkün bu torpaqlarda ən qədimlərdən varlığının sübutu kitabda öz əyani təsdiqini tapmışdır. Kitabın tutumunun bütün dünya xalqlarına çatdırılması missiyası ilə biz Qarabağın Azərbaycana qaytarılması prosesinin də ölçüyəgəlməz dərəcədə sürətləndirilməsinə nail ola bilərik. Bu kitab xalqımıza, Vətənimizə, dövlətimizə bir türk oğlu kimi görkəmli araşdırmaçı alimimiz Tariyel Azərtürkün ödəyərli töhfəsidir. 
Qeyd edək ki ümumi tutumu 1300 səhifədən ibarət olan kitab iki hissədən ibarətdir. Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə 500 nüsxədə nəşr olunan kitab pulsuz yayılacaq. Kitabın on minlərlə tirajla nəşrinə ehtiyac var. Fond öz imkanları daxiıində 500 nüsxə ilə nəşr etdirdiyi bu dəyərli kitab geniş oxucu kütləsi arasında yayılmasına çox azlıq edəcək. Kitabın çoxtirajlı nəşr edilmısində vətənsevənlərin köməyinə ehtiyacımız var.

 

boyukmillet.com

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir