Cümə , 17 Aprel 2026
Drone Cameras

ABŞ-dan Ermənistanla bağlı çağırış

ABŞ Dövlət Departamenti vətəndaşlarını Ermənistana səfərlərdən imtina etməyə çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinin saytında yer alıb. Buna səbəb kimi koronavirusun Ermənistanda son vaxtlar geniş yayılması göstərilib.

ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi Ermənistanda amerikalıların koronavirusa yoluxma riskini 3-cü səviyyəyə qaldırıb.

Dövlət Departamenti amerikalıları həmçinin Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan hissəsi və Ermənistan-Azərbaycan sərhədindən də uzaq durmağa səsləyib:

“ABŞ hökuməti Qarabağdakı ABŞ vətəndaşlarına təcili yardım göstərə bilmir, çünki onların oraya girişi qadağandır”.

Check Also

ABŞ nüvə silahı istehsalını artırır

ABŞ Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Boyukmillet.com xəbər verir ki, bu …