Cümə , 22 Noyabr 2024
Drone Cameras

ABŞ-dan Türkiyənin zəlzələ bölgəsinə 380 ton humanitar yardım göndərilib

Amerika Birləşmiş Ştatları (ABŞ) zəlzələdən zərər çəkən Türkiyəyə humanitar yardımlar göndərməyə davam edir.

Boyukmillet.com xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfirliyində qurulan humanitar yardım məntəqəsinə hər gün 60 tona yaxın yardımlar göndərilir.

Birləşmiş Ştatlardan humanitar yardımların toplanılması üçün səfərbər olan Türkiyə səfirliyinin inzibati binasına sadəcə paytaxt Vaşinqtondan deyil, ətraf şəhər və ştatlardan da yardımlar göndərilir. Təbii fəlakətdən sonra ABŞ-dan zəlzələ bölgəsinə ümumilikdə 380 ton humanitar yardım yola salınıb.

Gün ərizində fasiləsiz çalışan səfirlik əməkdaşlarına türk icmasının fəalları və amerikalı könüllülər də köməklik edir.

Məntəqədə işləyən Keyt adlı ABŞ vətəndaşı bildirib ki, təbii hadisədən dərhal sonra səfirliklə əlaqə quraraq humanitar yardım məntəqəsinə gedib: “Eşitdim, Türkiyədə zəlzələ, fəlakət baş verib. Düşündüm nə edə bilərəm. Qonşularımın hamısı mənim kimi kömək etməyə hazır idi. Çox insanın öldüyünü, sağ qalanların da bəzilərinin isti paltarlarının olmadığını eşitdik. Xöşbəxtlikdən səfirlik binasına yaxın yaşayıram. Bir dostumun köməkliyi ilə əlaqə qurdum və bura gəldim.

Ölkəmizdə mənim kimi köməklik etməyə hazır çox insan var. Görürsünüz, hər kəs isti və gözəl paltarlar bağışlayıb”.

Humanitar məntəqəyə göndərilən yardımlar gün ərzində könüllülər tərəfindən qablaşdırılır və hər gün karqo təyyarələri, gəmilər vasitəsi ilə ABŞ-dan zəlzələ bölgəsinə yola salınır.

Humanitar məntəqəyə daha çox təbii fəlakət bölgəsində xüsusi ehtiyac duyulan qalın geyimlər, ayaqqabılar, quru qidalar, çadırlar göndərilir. Bağlamaların içindən zəlzələ qurbanlarına ünvanlanmış xoş arzularını və duaların yazıldığı mesajlar da çıxır.

Qeyd edək ki, Vaşinqtonda və ətraf ştat və şəhərlərdə yaşayan həmvətənlərimiz Azərbaycanın Vaşinqtondakı səfirliyi vasitəsi ilə bölgəyə humanitar yardımlar və ianələr ediblər. Türkiyənin Vaşinqtondakı səfirliyi bölgədə humanitar ehtiyac tamamalanana qədər qapılarını yardımlara açıq edəcək.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …