Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

ABŞ-dan Türkiyəyə gözlənilməz “F-35” təklifi

ABŞ Türkiyəyə “F-35” və iqtisadi məsələləri əhatə edən yeni təklif irəli sürüb.

Boyukmillet.com Türkiyə mənbələrinə istinadən xəbər verir ki, təklifə görə Ankara ilə ticarət həcminin 100 milyard dollar səviyyəsinə çatdırılması planlaşdırılır. Həmçinin, ABŞ Türkiyədən idxal olunan alüminium və polad məhsullarına tətbiq edilən vergiləri aşağı salmaq niyyətindədir.

Türkiyə bəzi şərtləri qəbul edərsə, “F-35” proqramına qayıda bilər. İddialara görə, təklifdə “S-400”lərlə bağlı hansısa tələb yer almayıb. Bildirilir ki, təklif hələlik şifahi olaraq Ankaraya göndərilib. Lakin yaxın günlərdə təklifin yazılı şəkildə Ankaraya təqdim olunacağı bildirilir.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …