Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

SON DƏQİQƏ: Türkiyədə DƏHŞƏTLİ HADİSƏ – 6 ölü, 27 yaralı / VİDEO

Türkiyənin Hatay vilayətində qaçqınların olduğu hərbi yük maşını qəzaya uğrayıb. Nəticədə 6 nəfər həyatını itirib. 2-si hərbçi olmaqla 27 yaralı var. 

Boyukmillet.com Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu barədə Hatay valiliyi açıqlama verib. Hadisə Reyhanlı-Antakya magistralında qeydə alınıb. Dərhal əraziyə xilasedicilər cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Qaçqınların hamısı Suriya vətəndaşlarıdır. Onlar Suriya sərhədinə göndərilirmiş. Hadisənin səbəbləri araşdırılır.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …