ABŞ Dövlət Departamenti Norveçə HIMARS reaktiv yaylım atəşi sistemlərinin (MLRS) 580 milyon dollar dəyərində satışını təsdiqləyib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Amerika Müdafiə Nazirliyinin Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Agentlik hökumətlərarası müqavilələr əsasında hərbi texnika və silahların xaricə çatdırılmasına cavabdehdir.
Norveç hakimiyyəti “16 yüksək HIMARS artilleriya sistemi” nin, eləcə də yüksək dəqiqlikli GMLRS raketləri və ATACMS taktiki raketləri üçün raket konteynerlərinin alınmasını istəyib. “Proqramın ümumi dəyəri 580 milyon dollardır”, – Pentaqondan bildirilib.
Amerika administrasiyası artıq bu qərar barədə Konqresə məlumat verib. Qanunverici orqanın potensial sazişi nəzərdən keçirməsi və mümkün bloklanması üçün 30 gün vaxtı var.