Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ Dövlət Departamenti Tacikistan və Qırğızıstanı atəşkəsə riayət etməyə çağırıb

ABŞ Dövlət rəsmi Departamenti Düşənbə və Bişkeki sərhəddə atəşkəs rejiminə riayət etməyə çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə şənbə günü Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

“Biz hər iki tərəfi atəşkəsə riayət etməyə və diplomatik vasitələrlə sakitliyi bərpa etmək üçün səyləri ikiqat artırmağa çağırırıq”, – o, tviter səhifəsində yazıb.

“Qırğızıstan-Tacikistan sərhədində toqquşmalarla bağlı xəbərlərdən narahatıq”, – Ned Prays sosial şəbəkə hesabında əlavə edib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …