Bazar ertəsi , 2 Mart 2026
Drone Cameras

ABŞ Dövlət Departamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı görüş keçiriləcək

Martın 2-də ABŞ Dövlət Departamentində Azərbaycan səfiri ilə insan haqları mövzusunda görüş keçiriləcək.

Məlumata görə, ABŞ dövlət katibi Marko Rubionun demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Rayli Barns Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ilə görüşəcək.

ABŞ-də Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra Vaşinqtondan Bakıya insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı açıq çağırışlar səslənməyib. Ötən ay vitse-prezident Cey Di Vensin Bakıya səfəri zamanı da bu məsələlərin müzakirə olunub-olunmadığı açıqlanmayıb.

Bununla belə, son aylarda bir sıra ABŞ senatorları və konqresmenləri Azərbaycan hakimiyyətini həbsdə olan fəalların və media nümayəndələrinin azad olunmasına çağırıblar. Onlar ABŞ administrasiyasını bu istiqamətdə rəsmi Bakıya təzyiq göstərməyə səsləyiblər.

Hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda təxminən 340 nəfər siyasi motivlərlə həbsdə saxlanılır. Rəsmi Bakı isə ölkədə siyasi təqiblərin olmadığını, saxlanılan şəxslərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Beynəlxalq insan haqları təşkilatları da Azərbaycan hakimiyyətini siyasi repressiyalara son qoymağa çağırır.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …