Şənbə , 10 Yanvar 2026
Drone Cameras

ABŞ Ermənistana “Tramp Marşrutu”na görə 145 milyon dollar ayıracaq

ABŞ “Tramp yolu” üçün Ermənistana ilk tranş olaraq 145 milyon dollar ayırmağı planlaşdırır.

Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Hanrahan Yerevanda Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanla görüşü zamanı bildirib.

“145 milyon dollar yardım bu il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar və “Tramp marşrutu”nun həyata keçirilməsi üçün maliyyələşmənin ilk tranşıdır. Yardım ticarətə, infrastrukturun inkişafına, strateji əhəmiyyətli faydalı qazıntıların təchizat zəncirlərinə və transmilli təhlükəsizliyə investisiyaların dəstəklənməsini nəzərdə tutur”, – Brendan Hanrahan qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilmiş üçtərəfli görüşün yekununda birgə bəyanat imzalayıblar. Bəyanat yeddi bənddən ibarətdir və Bakı ilə Yerevanın sülhə olan sadiqliyini vurğulasa da, detalları açıqlamır. Sənəddə qeyd olunur ki, tərəflər Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunması və münasibətlərin bərpasına dair razılaşdırılmış müqavilə mətnini paraflayıblar və onun yekun ratifikasiyası üçün səylərini davam etdirəcəklər.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …