Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ Hörmüz boğazında 45 ticarət gəmisinin istiqamətini dəyişdi

ABŞ qüvvələri Hörmüz boğazında vəziyyətin gərginləşməsindən sonra 45 kommersiya gəmisini təhlükəsiz istiqamətə yönləndirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – CENTCOM məlumat yayıb.

Bildirilib ki, gəmilərin marşrutu boğazda tətbiq olunan blokada səbəbindən dəyişdirilib. Məqsəd ticarət gəmilərinin mümkün təhlükələrdən qorunması və bölgədə dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsidir. 

Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən bölgədə yaranan hərbi-siyasi gərginlik beynəlxalq bazarlar və qlobal ticarət üçün ciddi risk kimi qiymətləndirilir.

Check Also

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmilərinin İrana səfəri planlaşdırılır. Boyukmillet.com IRIB-yə istinadən xəbər …