Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək

ABŞ-nin Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyan “Azadlıq Layihəsi” əməliyyatında təxminən 15.000 hərbçi, idarə olunan raket esminesi və 100-dən çox təyyarə iştirak edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, əməliyyata hərbi dəstək idarə olunan raket esminetsləri, 100-dən çox təyyarə, müxtəlif pilotsuz platformalar və təxminən 15.000 hərbi qulluqçudan ibarət olacaq.

Əməliyyat hərbi münaqişə səbəbindən Hörmüz boğazı sularında qalan gəmilərlə bağlı vəziyyətlə əlaqədar olaraq həyata keçirilir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp əməliyyatın Yaxın Şərq vaxtı ilə 4 may səhəri başlayacağını açıqlamışdı. O, missiyanın əsas məqsədinin gəmiləri boğazdan təhlükəsiz şəkildə çıxarmaq olduğunu bildirmişdi.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …