Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı – Türkiyədəki ABŞ-ın diplomatik qurumları bağlanır

ABŞ-ın Ankaradakı səfiri David Satterfild Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Türkiyə XİN məlumat yayıb. Bəyanatın beynəlxalq hüquq baxımından qanunsuz olduğu səfirin diqqətinə çatdırılaraq bildirilib ki, bu açıqlama Türkiyə xalqını dərindən təsirləndirib və Türkiyə-ABŞ əlaqələrinə dərin yara vurub.

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” bəyanatından sonra bu ölkənin Türkiyədəki diplomatik nümayəndəlikləri təhlükəsizlik səbəbindən müvəqqəti olaraq bağlanacaq.

Qeyd olunub ki, məlum bəyanatdan sonra Türkiyədə nümayişlər və ya etiraz aksiyaları ola bilər:

“Ehtiyat tədbiri olaraq, ABŞ-ın Ankara şəhərindəki səfirliyi, İstanbul şəhərindəki Baş Konsulluğu, Adana şəhərindəki konsulluğu və İzmir şəhərindəki konsulluq agentliyi 26 və 27 aprel tarixində faəliyyət göstərməyəcək. Təcili yardıma ehtiyacı olan ABŞ vətəndaşlarına diplomatik qurumlarla telefon və ya elektron poçtla əlaqə saxlamağı tövsiyə edirik”.   

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …