ABŞ-nin Maliyyə Nazirliyi İran hərbçilərinə silah və texnologiya almaqda yardım göstərdikləri iddia olunan 10 şəxs və şirkətə sanksiya tətbiq etdiyini açıqlayıb.
Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasında bildirilib.
Məhdudiyyətlər Yaxın Şərq, Asiya və Şərqi Avropada yerləşən şəxslərə və şirkətlərə şamil olunub. Vaşinqtonun versiyasına görə, onlar silahların, eləcə də İranın “Şahed” seriyalı dronlarının və ballistik raket proqramının istehsalında istifadə olunan xammalın tədarükünə kömək ediblər.
Sanksiyalar siyahısına xüsusən Çin, Honkonq və BƏƏ şirkətləri, eləcə də Belarus, İran və Çin vətəndaşları daxil edilib.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Amerika hakimiyyət orqanlarının fikrincə İran ordusuna silah tədarük edən şəxslərə və təşkilatlara məhdudiyyətlərin tətbiqinə davam edəcək.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
